“Bahar” yatağında neft və qaz hasilatı azalıb

Energetika
  • 13 iyun, 2022
  • 07:20
“Bahar” yatağında neft və qaz hasilatı azalıb

2021-ci il ərzində Xəzər dənizin Azərbaycan sektounda yerləşən “Bahar” yatağından 0,17 milyon barel neft hasil edilib.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəy”ində bildirilib

Hesabata əsasən, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,01 milyon barel və ya 5,56 % azdır.

Belə ki, ötən il bu yataqdan 0,24 milyon barel neftin hasil edilməsi gözlənilirdi ki, bu da faktiki göstəricidən 0,07 milyon barel və ya 70,83 % azdır.

Ötən il ərzində “Bahar” yatağından 169 milyon kubmetr təbii qaz hasil edilib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 6,6 milyon kubmetr və ya 3,7 % azdır.

Ötən il bu yataqdan 243 milyon kubmetr qaz hasil edilməsi gözlənilirdi ki, bu da faktiki göstəricidən 74 milyon kubmetr və ya 30,4 % azdır.

Qeyd edək ki, "Bahar" yatağı qaz-kondensat yatağıdır. Bakı şəhərindən 40 km cənub-şərq- cənuba doğru dənizdə yerləşir. "Bahar" qaz-kondensat yatağı 1969-cu ildən sənaye işlənməsinə verilib. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinədək 203 quyu qazılıb. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 16,9 milyon ton kondensat, 12,9 milyard kubmetr qaz olub.

"Bahar Energy Limited" əməliyyat şirkətinin 100 % səhmləri ABŞ-ın "Greenfields Petroleum" şirkətinə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti