​"Azərişıq" borclu abonentlərin işığını kəsəcək

Energetika
  • 26 avqust, 2015
  • 09:42
​Azərişıq borclu abonentlərin işığını kəsəcək

Bakı. 26 avqust. REPORT.AZ/ “Azərişıq” ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı avqustun 28-i saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin qanunvericiliyə uyğun “Azərişıq” tərəfindən ciddi tədbirlər görüləcək.

"Azərişıq" tərəfindən elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti