"Azərişıq" Bakının Binəqədi rayonunda yenidənqurma işləri aparır

"Azərişıq" Bakının Binəqədi rayonunda yenidənqurma işləri aparır Bakı. 8 fevral. REPORT.AZ/ Azərişıq” ASC Bakının Binəqədi rayonunun bir sıra qəsəbələrində elektrik enerjisi şəbəkəsinin yenidən qurulmasına başlayıb.
Energetika
8 Fevral , 2019 17:21
Azərişıq Bakının Binəqədi rayonunda yenidənqurma işləri aparır

Bakı. 8 fevral. REPORT.AZ/ "Azərişıq” ASC Bakının Binəqədi rayonunun bir sıra qəsəbələrində elektrik enerjisi şəbəkəsinin yenidən qurulmasına başlayıb. 

"Report" xəbər verir ki, bu məqsədlə qəsəbələrə lazımi avadanlıqlar və texnika göndərilib. 

Hazırda Binəqədi rayonunun Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisinə daxil olan “Kənd Binəqədi”, Sulutəpə və Xocasən, habelə Biləcəri qəsəbələrində elektrik dirəklərinin basdırılması, həmçinin KTM-lərin (Komplekt Transformator Məntəqəsi) quraşdırılması, SİP-kabellərin çəkilməsi işləri həyata keçirilir. Ümumilikdə, bu ərazilər üçün 14 ədəd 630 KVA-lıq KTM-lərin quraşdırılması nəzərdə tutulub. 

Biləcəri ETSİ-nin rəisi Ülvi Həsənov bildirib ki, hazırda 63 mindən artıq abunəçiyə xidmət göstərirlər. Qeyd edilən ərazilərdə yeni yaşayış evlərinin tikilməsi abunəçilərin elektrik enerjisinə olan tələbatını getdikcə artırır.

Son xəbərlər

Orphus sistemi