Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI
- 22 yanvar, 2025
- 15:36
Ötən il Azərbaycandan 25 ölkəyə 23 milyon 596 min 132,23 ton həcmində neft ixrac olunub.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-5 ölkələr sırasına İtaliya, Çexiya, Xorvatiya, Hindistan və Almaniya daxil olub.
2024-cü ildə Azərbaycan İtaliyaya 6 milyard 754 milyon 416,21 min ABŞ dolları dəyərində 10 milyon 950 min 355,57 ton, Çexiyaya 1 milyard 81 milyon 932,85 min ABŞ dolları dəyərində 1 milyon 770 min 234,87 ton, Xorvatiyaya 873 milyon 398,61 min ABŞ dolları dəyərində 1 milyon 436,178 ton xam neft ixrac edib. Ötən il ərzində Hindistana 729 milyon 796,92 min ABŞ dolları dəyərində 1 milyon 168,876 min ton və Almaniyaya 726 milyon 14,74 min ABŞ dolları məbləğində 1 milyon 164 min 752,04 ton neft tədarük edilib.
Aşağıdakı cədvəldə Azərbaycanın ötən il neft ixrac etdiyi ölkələrin tam siyahısı göstərilib:
| № | Ölkələr | Miqdar (ton) | 2023-cü ilin yanvar-dekabr aylarına nisbətən | Statistik dəyər (min ABŞ dolları) | 2023-cü ilin yanvar-dekabr aylarına nisbətən |
| 1 | İtaliya | 10 950 355,57 | -1,5 % | 6 754 416,21 | -4,55 % |
| 2 | Çexiya | 1 770 234,87 | +55,83 % | 1 081 932,85 | +58,43 % |
| 3 | Xorvatiya | 1 436 178,46 | +47,3 % | 873 398,61 | +48 % |
| 4 | Hindistan | 1 168 876,01 | -42,2 % | 729 796,92 | -40,5 % |
| 5 | Almaniya | 1 164 752,04 | -13,1 % | 726 014,74 | -16,7 % |
| 6 | İsrail | 1 173 002,75 | -48,3 % | 713 268,03 | -48,84 % |
| 7 | Portuqaliya | 1 005 213,63 | +2,2 dəfə | 631 169,31 | +2,1 dəfə |
| 8 | Rumıniya | 750 196,86 | +20 % | 437 801,43 | +14,4 % |
| 9 | Böyük Britaniya | 659 515,53 | -4,6 % | 396 129,55 | -8,4 % |
| 10 | Tunis | 446 158,56 | +4,2 dəfə | 279 670,09 | +3,88 dəfə |
| 11 | Tailand | 376 876,12 | +7,7 dəfə | 234 238,66 | +8,9 dəfə |
| 12 | Türkiyə | 430 522,14 | -64,2 % | 232 411,46 | -65,6 % |
| 13 | Yunanıstan |
| -50,4 % | 224 266,99 | -50,7 % |
| 14 | İndoneziya | 310 833,01 | +40,6 % | 178 463,01 | +18,8 % |
| 15 | Serbiya | 241 179,61 | -* | 151 905,17 | -* |
| 16 | İspaniya | 250 395,8 | -4,9 dəfə | 142 979,29 | -5,4 dəfə |
| 17 | İrlandiya | 236 571,8 | -2,7 dəfə | 139 774,63 | -2,6 dəfə |
| 18 | Niderland | 168 985,69 | -* | 106 838,99 | -* |
| 19 | Fransa | 152 571,03 | -23,3 % | 88 203,85 | -25,7 % |
| 20 | Uruqvay | 138 719,62 | -* | 85 099,83 | -* |
| 21 | Vyetnam | 138 495,13 | -4 dəfə | 77 885,77 | -4,4 dəfə |
| 22 | Polşa | 90 150,5 | -* | 57 363,56 | -* |
| 23 | Avstriya | 85 868,91 | +2,2 dəfə | 47 903,69 | +1,7 dəfə |
| 24 | Bolqarıstan | 80 853,09 | -* | 45 989,25 | -* |
| 25 | Özbəkistan | 893,2 | -* | 434,09 | -* |
| Cəmi | 23 596 132,23 | -9,4 % | 14 437 355,99 | -11,1 % |
-* Ötən ilin eyni dövründə tədarük olmayıb.