Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI

Energetika
  • 17 fevral, 2025
  • 14:55
Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI

Bu ilin yanvar ayında Azərbaycandan 10 ölkəyə 3 milyon 460 min 826,94 ton həcmində neft ixrac olunub.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-5 ölkələr sırasına İtaliya, Almaniya, Çexiya, Xorvatiya və Portuqaliya daxil olub.

Yanvarda Azərbaycan İtaliyaya 932 milyon 715,48 min ABŞ dolları dəyərində 1 milyon 687 min 729,6 ton, Almaniyaya 223 milyon 278,37 min ABŞ dolları dəyərində 409 min 959,01 ton, Çexiyaya 202 milyon 264,3 min ABŞ dolları dəyərində 364 min 669,21 ton xam neft ixrac edib. Xorvatiyaya 188 milyon 199,24 min ABŞ dolları dəyərində 338 min 948,76 ton və Portuqaliyaya 109 milyon 76,82 min ABŞ dolları məbləğində 215 min 986,35 ton neft tədarük edilib.

Aşağıdakı cədvəldə Azərbaycanın yanvar ayı ərzində neft ixrac etdiyi ölkələrin tam siyahısı göstərilib:

Ölkələr

Miqdar (ton)

2024-cü ilin yanvar ayına nisbətən

Statistik dəyər (min ABŞ dolları)

2024-cü ilin yanvar ayına nisbətən

1

İtaliya

1 687 729,6

+9,4 dəfə

932 715,48

+8,4 dəfə

2

Almaniya

409 959,01

-*

223 278,37

-*

3

Çexiya

364 669,21

-*

202 264,3

-*

4

Xorvatiya

338 948,76

-*

188 199,24

-*

5

Portuqaliya

215 986,35

+55,7 %

109 076,82

+24,1 %

6

Rumıniya

184 525,33

-*

104 822,29

-*

7

Böyük Britaniya

130 604,9

-*

73 435,95

-*

8

Yunanıstan

94 445,69

-*

52 588,25

-*

9

İrlandiya

25 316,45

-*

12 426,28

-*

10

Türkiyə

8 641,65

+61,3 %

4 228,79

+52 %

Cəmi

3 460 826,94

+ 2,4 dəfə

1 903 035,78

+2,2 dəfə

-* Ötən ilin eyni dövründə tədarük olmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti