Azərbaycandakı külək elektrik stansiyası layihəsinin icra vəziyyəti müzakirə edilib

Azərbaycandakı külək elektrik stansiyası layihəsinin icra vəziyyəti müzakirə edilib Azərbaycan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə ölkədə həyata keçirilən külək elektrik stansiyası layihəsinin icra vəziyyətini müzakirə edib.
Energetika
29 Fevral , 2024 17:58
Azərbaycandakı külək elektrik stansiyası layihəsinin icra vəziyyəti müzakirə edilib

Azərbaycan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə ölkədə həyata keçirilən külək elektrik stansiyası layihəsinin icra vəziyyətini müzakirə edib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Səudiyyə Ərəbistanı ilə ölkəmiz arasında iqtisadi əlaqələrin gücləndirilməsi və "yaşıl enerji"yə keçidin təmin edilməsi istiqamətində hədəflərimizin reallaşmasında bu ölkədən olan investorlarla işbirliyinin əhəmiyyətli rolu var. "ACWA Power" şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abunayyan ilə görüşdə bərpaolunan enerji sahəsində birgə təşəbbüslər, Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası layihəsinin icra vəziyyəti, dəniz suyunun duzsuzlaşdırılması və digər layihələrdə potensial əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük", - deyə o qeyd edib.

***

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyatın bütün sahələrində, xüsusilə də bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndiyi vurğulanıb. “Yaşıl” enerjiyə keçidin təmin edilməsi istiqamətində hədəflərimizin reallaşmasında bu ölkədən olan investorlarla işbirliyinin əhəmiyyətli rolu olduğu qeyd edilib. “ACWA Power”in külək elektrik stansiyasının inşası ilə bağlı həyata keçirdiyi layihə əməkdaşın əhəmiyyətli nümunəsi kimi dəyərləndirilib.

Son xəbərlər

Orphus sistemi