Azərbaycanda propilen, etilen və polietilen istehsalı azalıb

Energetika
  • 17 may, 2022
  • 13:46
Azərbaycanda propilen, etilen və polietilen istehsalı azalıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 41,7 min ton həcmində propilen, 44 min ton həcmində polietilen, 43 min ton həcmində etilen istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin yanvar-aprel aylarında propilen istehsalının 39,3 min tonu əmtəəlik məhsulun payına düşüb.

Hesabat dövründə propilen istehsalı 7,7 %, əmtəəlik propilen istehsalı 6,7 % artıb.

Bu ilin yanvar-aprel ayları ərzində ölkədə etilen və polietilen istehsalı isə müvafiq olaraq illik müqayisədə 16 % və 8,4 % azalıb.

44 - Tezliklə