Azərbaycanda əmtəəlik propilen istehsalı 10 %-dən çox azalıb

Energetika
  • 17 oktyabr, 2022
  • 07:45
Azərbaycanda əmtəəlik propilen istehsalı 10 %-dən çox azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 92,6 min ton həcmində propilen, 94,9 min ton həcmində polietilen, 97,5 min ton həcmində etilen istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin yanvar-sentyabr aylarında propilen istehsalının 88,5 min tonu əmtəəlik məhsulun payına düşüb.

Hesabat dövründə propilen istehsalı 12,1 %, əmtəəlik propilen istehsalı 10,3 % azalıb.

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə etilen və polietilen istehsalı isə müvafiq olaraq illik müqayisədə 21,2 % və 22 % azalıb.