Azərbaycanda elektrik enerjisi üzrə yeni gecə və gündüz tarifləri müəyyən edilib

Azərbaycanda elektrik enerjisi üzrə yeni gecə və gündüz tarifləri müəyyən edilib 30.06.2021 30 iyun 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.
Energetika
5968
30 İyun , 2021 16:56
Azərbaycanda elektrik enerjisi üzrə yeni gecə və gündüz tarifləri müəyyən edilib

Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 28 noyabr 2016-cı il tarixli qərara dəyişiklik olunub.

"Report" xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri üçün elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edilib.

Qərar sabahdan qüvvəyə minir.

"Report" xatırladır ki, bu qərarın əhali abunəçilərinə aidiyyəti yoxdur.

Son xəbərlər

Orphus sistemi