Azərbaycanda 4 yarımstansiya yenidən qurulacaq
- 16 oktyabr, 2021
- 06:20
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Salyan”, “Yevlax”, “Ucar” və “Masallı” yarımstansiyalarının yenidən qurulması və istismara verilməsi işlərinin satınalınması üçün 4 lotdan ibarət açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə hər lot üzrə iştirak haqqı 2 000 manatdır.
İddiaçılar ilkin sənədləri noyabrın 17-si, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə noyabrın 25-i, saat 15:00-a qədər səhmdar cəmiyyətin Bakı şəhəri, Ə.Əlizadə küçəsi, 10 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə noyabrın 26-sı, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
“Azərenerji” ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli – 110, 220, 330, 500 kilovoltuq elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir. Yeni texnologiyalar tətbiq edərək, respublikamızda generasiya güclərinin artırılması və yüksək gərginlikli elektrik verilişi xətlərinin yenidən qurulmasını təşkil edir. Eyni zamanda, xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını aparır.