Azərbaycan və Rumıniyanın enerji tənzimləmə qurumları memorandum imzalayıb

Azərbaycan və Rumıniyanın enerji tənzimləmə qurumları memorandum imzalayıb ​​​​​​​Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Rumıniyanın Milli Enerji Tənzimləmə Qurumu (ANRE) arasında enerji tənzimlənməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
Energetika
3 aprel 2025 17:55
Azərbaycan və Rumıniyanın enerji tənzimləmə qurumları memorandum imzalayıb

Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Rumıniyanın Milli Enerji Tənzimləmə Qurumu (ANRE) arasında enerji tənzimlənməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Bu barədə “Report”a EMTA-dan məlumat verilib.

Bildirilib ki, sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və ANRE-nin prezidenti Corce-Serciu Nikulesku imzalayıblar.

Tədbirdə Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare, eləcə də hər iki tənzimləyici qurumun əməkdaşları iştirak ediblər.

Anlaşma memorandumu enerji tənzimlənməsi sahəsində iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyır. Memorandum çərçivəsində elektrik enerjisi və bərpa olunan enerji, təbii qaz, yaşıl hidrogen, enerji infrastrukturu, həmçinin digər məsələlər üzrə məlumat və təcrübə mübadiləsi aparılacaq.

Son xəbərlər

Orphus sistemi