Azərbaycan təbii qaz ixracından gəlirini 8 % artırıb

Energetika
  • 14 iyul, 2023
  • 06:42
Azərbaycan təbii qaz ixracından gəlirini 8 % artırıb

2023-cü ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10 milyard 956 milyon 188 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 8 milyard 29 milyon 188 min ABŞ dolları təşkil edib.

İxrac edilən təbii qazın həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,6 % az, dəyəri isə 8 % çoxdur.

Azərbaycanın ümumi ixracında təbii qazın payı 44,7 % olub.

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 166 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 17 milyard 968 milyon ABŞ dolları ixracın, 8 milyard 198 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti