Azərbaycan San-Tome və Prinsipi ilə bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan San-Tome və Prinsipi ilə bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib ​​​​​​​Azərbaycan və San-Tome və Prinsipi arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları və potensial sahələrdə fəaliyyətin əlaqələndirilməsi barədə müzakirələr aparılıb
Energetika
11 Noyabr , 2024 20:12
Azərbaycan San-Tome və Prinsipi ilə bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və San-Tome və Prinsipi arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları və potensial sahələrdə fəaliyyətin əlaqələndirilməsi barədə müzakirələr aparılıb.

"Report" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında tazıb.

Nazir bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çərçivəsində San-Tome və Prinsipinin ətraf mühit naziri Nilda da Mata ilə görüşüb.

“Görüşdə iqlim fəaliyyətinin səmərəliliyinin artırılmasında iqtisadi alətlərin əhəmiyyəti, ölkələrimiz arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları və potensial sahələrdə fəaliyyətin əlaqələndirilməsi barədə danışdıq”, - deyə M. Cabbarov qeyd edib.

Son xəbərlər

Orphus sistemi