Azərbaycan polipropilen ixracı 13 %-ə yaxın azalıb

Energetika
  • 19 iyun, 2025
  • 17:29
Azərbaycan polipropilen ixracı 13 %-ə yaxın azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 20 min 92,9 ton ilkin formalarda polipropilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 24 milyon 81,3 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 12,7 %, dəyər baxımından isə 1,7 % azdır.

Hesabat dövründə polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 1,7 %, ümumi ixracda payı isə 0,2 % olub.

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 966 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 1,1 milyon ABŞ dolları ixracın, 9 milyard 964,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,2 % az, idxal isə 36,5 % artıb.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti