Azərbaycan polietilen ixracından gəlirini 13 % artırıb

Energetika
  • 30 sentyabr, 2021
  • 11:08
Azərbaycan polietilen ixracından gəlirini 13 % artırıb
SOCAR Polymer

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 66 milyon ABŞ dolları dəyərində ilkin formalı polietilen ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin sentyabr sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni ayları ilə müqayisədə 7,7 milyon ABŞ dolları və ya 13,2 % çoxdur.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti