Azərbaycan ötən il təxminən 1,9 milyon ton neft idxal edib
- 17 fevral, 2025
- 12:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan 2024-cü ildə 1 milyard 20 milyon 192,98 min ABŞ dolları dəyərində 1 milyon 868 min 934,5 ton nefti idxal edib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2023-cü illə müqayisədə ötən il neft idxalı kəmiyyət ifadəsində 2,5 %, dəyər ifadəsində 5,3 % artıb.
İdxalın strukturunda tədarüklərin böyük hissəsi Rusiyanın payına düşüb ki, hesabat dövründə bu ölkədən 906 milyon 539,47 min ABŞ dolları (24,3 % çox) dəyərində 1 milyon 672 min 838,64 ton neft (28,3 % çox) idxal edilib.
Hesabat dövründə Azərbaycan qalan neft həcmlərini Qazaxıstandan - 22 milyon 828,7 min ABŞ dolları dəyərində 34 min 593,12 ton və Türkmənistandan - 90 milyon 824,82 min ABŞ dolları dəyərində 161 min 502,74 ton idxal edib.