Azərbaycan neftinin qiyməti 95 dolları ötüb
Energetika
- 04 fevral, 2022
- 06:35
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,42 ABŞ dolları, yaxud 1,52 % artaraq 95,07 ABŞ dollarına çatıb.
Bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 91,56 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
07:55
Dövlət Departamenti Səudiyyə Ərəbistanına 9 milyard dollarlıq "Patriot" raketlərinin satışını təsdiqləyib
Digər ölkələr07:23
Nipah virusuna qarşı peyvənd apreldə insanlar üzərində sınaqdan keçiriləcək
Elm və təhsil06:54
Al Səud: ABŞ-nin zərbə endirməkdən imtinası İran hakimiyyətini gücləndirəcək
Digər ölkələr06:15
ABŞ Senatı hökumətin maliyyələşdirilməsini təsdiqləyib
Digər ölkələr05:43
Luiziana ştatında səkkiz məhbus həbsxanadan qaçıb
Digər ölkələr05:07
Hindistan və Venesuela 2026-cı ildə münasibətləri yenidən qurmağı hədəfləyir
Digər ölkələr04:41
ABŞ Dövlət Departamenti İsrailə 6,52 milyard dollarlıq hərbi tədarükü təsdiqləyib
Digər ölkələr04:10
Ərdoğan özünə baş müşavir təyin edib
Region03:49