Azərbaycan neftinin qiyməti 64 dolları keçib

Azərbaycan neftinin qiyməti 64 dolları keçib "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,7 ABŞ dolları, yaxud 4,4 % artıb
Energetika
27 Mart , 2021 11:03
Azərbaycan neftinin qiyməti 64 dolları keçib

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,7 ABŞ dolları, yaxud 4,4 % artıb.

"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,01 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi