Azərbaycan nefti kəskin bahalaşıb
Energetika
- 18 mart, 2022
- 06:13
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,53 ABŞ dolları, yaxud 7,21 % artaraq 112,01 ABŞ dollarına çatıb.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 106,64 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
02:50
ABŞ "qara siyahı"da olan bir sıra Rusiya təşkilatları barədə məlumatları yeniləyib
Digər ölkələr02:21
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib
Digər ölkələr01:45
Serbiyanın NIS şirkəti ABŞ-dan lisenziyanın uzadılması ilə bağlı qərarı gözləyir
Digər ölkələr01:18
Vuçiçi ölümlə təhdid edən şəxs saxlanılıb
Digər ölkələr00:58
Foto
Video
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
Hadisə00:22
Tramp: ABŞ olmadan İsrail mövcudluğunu davam etdirə bilməzdi
Digər ölkələr23:56
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
Digər ölkələr23:43
HƏMAS Qəzza planında tərksilahla bağlı bəndi yerinə yetirməyə razılaşıb
Digər ölkələr23:22