Azərbaycan nefti 6 % ucuzlaşıb
Energetika
- 10 may, 2022
- 06:06
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,49 ABŞ dolları, yaxud 6,29 % azalaraq 111,55 ABŞ dollarına düşüb.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 112,39 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
14:10
Prezident: "Dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə inkişaf etməyib"
Sənaye14:06
Prezident: "Yeni layihələr bundan sonra da Azərbaycanda neft hasilatını lazımi səviyyədə saxlayacaq"
Energetika14:02
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
Daxili siyasət14:01
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
Daxili siyasət14:00
Foto
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib - YENİLƏNİB
Daxili siyasət14:00
Çempionlar Liqası: "Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlanıb
Futbol13:59
Azərbaycan İnvestisiya Holdinqi sığortaçı seçib
Maliyyə13:56
Bakıda qlobal təhlükəsizlik və terrorçuluğa qarşı mübarizəyə həsr olunmuş beynəlxalq forum keçirilir
Xarici siyasət13:50