Azərbaycan metanol istehsalını 2 dəfə artırıb

Energetika
  • 18 mart, 2024
  • 06:43
Azərbaycan metanol istehsalını 2 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 94,9 min ton həcmində metanol (metil spirit) istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2023-cü ilin iki ayının göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur.

Bu il martın 1-nə 22,3 min ton hazır məhsul istehsalı yaranıb.

Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Metanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti