Azərbaycan “China International Energy Sources Group”la əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan “China International Energy Sources Group”la əməkdaşlıq imkanlarını müzakirə edib Azərbaycan “China International Energy Sources Group Co., Ltd.” şirkəti ilə azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələri və əməkdaşlıq imkanlarını müzakirə edib.
Energetika
1 İyun , 2023 15:28
Azərbaycan “China International Energy Sources Group”la əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan “China International Energy Sources Group Co., Ltd.” şirkəti ilə azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələri və əməkdaşlıq imkanlarını müzakirə edib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu məsələlər İqtisadiyyat naziri Mikayıl Cabbarovun “China International Energy Sources Group Co., Ltd.” şirkətinin nümayəndələri ilə keçirdiyi görüşdə müzakirə olunub.

Tərəflər həmçinin Azərbaycanın “yaşıl” enerji potensialı barədə fikir mübadiləsi aparıblar.

Görüşdə Çin şirkətləri ilə işgüzar dialoqun genişlənməsinin önəmi bildirilib, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, ölkəmizdə alternativ və bərpa olunan enerji sahəsində reallaşdırılan və perspektiv layihələr barədə məlumat verilib.

Xatırladaq ki, 2021-ci ildə yaradılmış “China Energy International Group Co., Ltd.” Çinin aparıcı şirkətlərindəndir. Şirkət “yaşıl” enerji və aşağı karbonlu enerji layihələrinin inkişafı üçün ümumi həllər və xidmətlər təqdim edir.

Son xəbərlər

Orphus sistemi