Azərbaycan Belarus və Latviyadan "Aİ-92" benzini tədarük etməyə başlayıb

Energetika
  • 28 noyabr, 2024
  • 12:08
Azərbaycan Belarus və Latviyadan Aİ-92 benzini tədarük etməyə başlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 77,721 milyon ABŞ dolları dəyərində 87 min 775 ton "Aİ-92" markalı avtomobil benzini idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 30,5 %, kəmiyyət olaraq – 36,5 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 38,44 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,7 dəfə çoxdur) 47 min 753 ton (+2,7 dəfə), Litvadan 24,9 milyon ABŞ dolları dəyərində (+10 %) 24 min 995 ton (+19 %), Belarusdan 6,2 milyon ABŞ dolları dəyərində 6 min 807 ton, Bolqarıstandan 5,3 milyon ABŞ dolları dəyərində 5 min 134 ton (6 il 5 aydan sonra idxal bərpa edilib), Latviyadan 1,87 milyon ABŞ dolları dəyərində 1 min 875 ton və Qazaxıstandan 1,1 milyon ABŞ dolları dəyərində 1 min 211 ton (2 il 3 aydan sonra idxal bərpa edilib) benzin alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusdan və Latviyadan tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti