BP şirkəti bərpa olunan enerji layihələri ilə regionda emissiyaları 11 % azaldacaq.
"Report" xəbər verir ki, bunu BP-nin Gürcüstan üzrə ölkə rəhbəri Aytən Hacıyeva "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində deyib.
O xatırladıb ki, bu yaxınlarda BP Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan İnvestisiya Şirkəti ilə saziş imzalayıb: "Sazişlə Cəbrayıl rayonunda 240 MVt-lıq Günəş Elektrik Stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” layihəsi həyata keçirilək. Bundan başqa, “yaşıl enerji”ni "Sənqəçal" terminalına daxil edəcəyik. Bütün bu addımlarla şirkət regionda emissiyalarını 11 % azaltmış oluruq. Bu mühüm bir məsələdir. Regional mühüm bir layihədir. Bu layihə çərçivəsində SOCAR və Azərbaycan İnvestisiya Şirkəti olan əməkdaşlığımızın pozitiv tərəfi isə bu kimi texnologiyaların biznesə inteqrasiyası ilə regional tərəfdaşlarımızla əməkdaşlığımıza dəstək verəcək".
O qeyd edib ki, ən çətin sahə rəqəmsal təhlükəsizliklə bağlı mövqedir: "Bu, nəzərə alınması mühüm olan bir məsələdir. Məsələn, biz şirkətdə rəqəmsal təhlükəsizlikdən danışarkən xüsusi diqqəti kibertəhkükəsizliyə ayırırıq. Belə ki, biznesin dayanıqlı olması üçün kibertəhkükəsizliyin təmin edilməsi vacib amildir".