Avstriya Rusiya ilə yeni qaz müqavilələrinin imzalanmasını istisna edib

Avstriya Rusiya ilə yeni qaz müqavilələrinin imzalanmasını istisna edib Avstriya artıq Rusiyadan qaz tədarükü üçün müqavilələr bağlamağı planlaşdırmır.
Energetika
10 fevral 2025 11:58
Avstriya Rusiya ilə yeni qaz müqavilələrinin imzalanmasını istisna edib

Avstriya artıq Rusiyadan qaz tədarükü üçün müqavilələr bağlamağı planlaşdırmır.

“Report” xəbər verir ki, bu barədə Avstriyanın OMV neft-qaz konserninin rəhbəri Alfred Ştern “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində bildirib.

"Şaxələndirmə üçün bizə vaxt lazım idi. İndi Rusiya səhifəsi bizim üçün bağlanıb", - o qeyd edib.

A.Ştern, həmçinin qeyd edib ki, hazırkı qaz bazarı şəraitində mayeləşdirilmiş təbii qazın (LNG) mənşəyini dəqiq izləmək mümkün deyil. Bununla yanaşı, o, konsernin yalnız qeyri-rus tərəfdaşları ilə LNG tədarükü müqavilələri bağladığını vurğulayıb.

Şirkət 2024-cü ilin dekabrında "Qazprom eksport" ilə Avstriyaya qaz nəqli müqaviləsinin ləğv edildiyi barədə məlumat verib. Tədarükün özü isə hələ noyabrda dayandırılıb.

Son xəbərlər

Orphus sistemi