Avstriya Rusiya ilə yeni qaz müqavilələrinin imzalanmasını istisna edib
Energetika
- 10 fevral, 2025
- 11:58
Avstriya artıq Rusiyadan qaz tədarükü üçün müqavilələr bağlamağı planlaşdırmır.
“Report” xəbər verir ki, bu barədə Avstriyanın OMV neft-qaz konserninin rəhbəri Alfred Ştern “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində bildirib.
"Şaxələndirmə üçün bizə vaxt lazım idi. İndi Rusiya səhifəsi bizim üçün bağlanıb", - o qeyd edib.
A.Ştern, həmçinin qeyd edib ki, hazırkı qaz bazarı şəraitində mayeləşdirilmiş təbii qazın (LNG) mənşəyini dəqiq izləmək mümkün deyil. Bununla yanaşı, o, konsernin yalnız qeyri-rus tərəfdaşları ilə LNG tədarükü müqavilələri bağladığını vurğulayıb.
Şirkət 2024-cü ilin dekabrında "Qazprom eksport" ilə Avstriyaya qaz nəqli müqaviləsinin ləğv edildiyi barədə məlumat verib. Tədarükün özü isə hələ noyabrda dayandırılıb.
Son xəbərlər
16:09
Aprelin 12-də keçirilən buraxılış imtahanında 7 nəfər maksimum bal yığıb
Digər16:08
WUF13 öncəsi "Bakı şəhərsalma həftəsi" təşkil ediləcək
İnfrastruktur16:03
Aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
Elm və təhsil16:02
Foto
Naxçıvanda Heydər Əliyevin doğum gününə həsr olunmuş şahmat turnirinin qalibləri bəlli olub
Fərdi15:59
Foto
Türkiyədə İslam mədəniyyətinə aid IV beynəlxalq simpozium öz işinə başlayıb
Din15:51
İspaniya hantavirus simptomları aşkarlanan gəmidəki xarici vətəndaşları geri göndərəcək
Digər ölkələr15:41
Gürcüstan iqtisadiyyatı I rübdə 9 % böyüyüb
Maliyyə15:38
Gürcüstanın strateji valyuta ehtiyatları rekord həddə çatıb
Maliyyə15:32
Foto