ARDNF-in tranzit gəlirlərinin artacağı proqnozlaşdırılır

ARDNF-in tranzit gəlirlərinin artacağı proqnozlaşdırılır Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2023-cü il büdcəsində neftin və qazın Azərbaycanın ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlərin 13,9 milyon ABŞ dolları və yaxud 23,6 milyon manat həcmində olması proqnozlaşdırılır.
Energetika
28 Noyabr , 2022 16:28
ARDNF-in tranzit gəlirlərinin artacağı proqnozlaşdırılır

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2023-cü il büdcəsində neftin və qazın Azərbaycanın ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlərin 13,9 milyon ABŞ dolları və yaxud 23,6 milyon manat həcmində olması proqnozlaşdırılır.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının ARDNF-in 2023-cü il üçün büdcəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, manat ifadəsi ilə 2021-ci ilin müvafiq icra göstəricisindən 2,2 milyon manat və ya 10,4 %, 2022-ci ilin təsdiqi ilə müqayisədə 1,8 milyon manat və ya 8,4 %, gözlənilən icra göstəricilərindən isə 10,9 milyon manat və ya 86,4 % çoxdur.

2023-cü ildə tranzit haqqı üzrə gəlirlərin artması növbəti il üzrə boru tarifinin inflyasiya faktoru nəzərə alınmaqla artması ilə izah edilir. Cari ildə neftin və qazın Azərbaycanın ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlərin 21,8 milyon manat olması nəzərdə tutulduğu halda ilin sonuna adı çəkilən mənbə üzrə daxilolmaların 12,7 milyon manat və yaxyd 58,3 % olması gözlənilir.

Cari ildə tranzit haqqı üzrə daxilolmaların kəsirlə yerinə yetirilməsi gözlənildiyi halda, növbəti ildə bu gəlir maddəsi üzrə artım proqnozlaşdırılır ki, bu da növbəti il üzrə inflyasiya faktorunun təsiri nəticəsində boru tarifinin artması ilə əlaqələndirilib.

Daxilolmaların azalmasına səbəb cari ildə Ukraynada baş verən hadisələrlə əlaqədar davam edən münaqişələr və Qara Dənizdə daşınmalarla əlaqədar yaranmış məhdudiyyətlər, Qərb İxrac Boru Kəməri üzrə daşınmaların dayandırılması olub.

Son xəbərlər

Orphus sistemi