Aİ ölkələri 8 ayda Azərbaycan neftinin idxalına 6,8 milyard avroya yaxın vəsait xərcləyiblər
- 05 noyabr, 2024
- 07:28
Avropa İttifaqı (Aİ) ölkələri bu ilin yanvar-avqust aylarında Azərbaycandan 10 milyon 970,981 min ton neft idxal edib.
“Report” bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (“Eurostat”) məlumatlarına istinadən xəbər verir.
Bu, ötən ilin 8 ayının göstəricisindən 23,2 % azdır.
Hesabat dövründə Azərbaycandan Aİ ölkələrinə tədarük olunan neftin dəyəri 6 milyard 792,355 milyon avro (19,6 % az) təşkil edib.
Avropa İttifaqı ölkələri arasında 8 ayda Azərbaycandan ən çox neft idxal edən ilk beşliyə aşağıdakılar daxildir: İtaliya - 3 milyard 217,142 milyon avro (29,4 % az) dəyərində 5 milyon 244,422 min ton (32,5 % az), Çexiya - 1 milyard 68,161 milyon avro (42,1 % çox) dəyərində 1 milyon 712,834 min ton (37,3 % çox), Portuqaliya - 559,622 milyon avro (2,6 dəfə çox) dəyərində 905,015 min ton (2,5 dəfə çox), Almaniya - 617,423 milyon avro (1,7 dəfə çox) dəyərində 993,652 min ton (1,6 dəfə çox), Xorvatiya - 536,313 milyon avro (2,4 % çox) dəyərində 862,979 min ton (3,9 % az).
Bu ilin avqust ayında Aİ ölkələri Azərbaycandan 1 milyard 66,460 milyon avro (15,4 % çox) dəyərində 1 milyon 773,401 min ton (15,4 % çox) neft idxal edib.
Azərbaycandan neft alışına görə TOP5 ölkələr sırasına İtaliya (427,091 milyon avro dəyərində 718,102 min ton), Çexiya (145,14 milyon avro dəyərində 237,21 min ton), Almaniya (203,867 milyon avro dəyərində 335,13 min ton), Portuqaliya (136,835 milyon avro dəyərində 227,303 min ton), Xorvatiya (99,782 milyon avro dəyərində 166,252 min ton) daxildir.
“Eurostat”ın məlumatına görə, 2023-cü ildə Aİ ölkələri Azərbaycandan təxminən 12,4 milyard avro (18 % az) dəyərində 20,3 milyon ton (2022-ci illə müqayisədə 2,6 % çox) neft idxal edib.