Yuxarı

Naxçıvan Ali Məclisinin sədri yanında Elmin İnkişafı Fondunun nizamnaməsi təsdiqlənib

Naxçıvan Elmin İnkişafı Fondunun nizamnaməsi təsdiqlənib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Elmin İnkişafı Fondunun nizamnaməsi təsdiqlənib.

"Report" xəbər verir ki, müvafiq sərəncamı muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb.

Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun işçilərinin say həddi 8 ştat vahidi müəyyən edilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun xərclər smetasınıştat cədvəlini müəyyən etmək, Elmin İnkişafı Fondunun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun dövlət qeydiyyatına alınmasını təmin etməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi