Bakı. 22 noyabr. REPORT.AZ/ "Azərbaycan radiolarında ən çox avtomobillərlə bağlı verilişlərdə dil normaları pozulur".
Bu barədə "Report"a açıqlamasında Azərbaycan
S.Əliyeva xatırladıb ki, şöbə radioların Azərbaycan ədəbi dilinin normalarına əməl edib-etməməsini öyrənmək məqsədi ilə monitorinqə başlayıb.
Onun sözlərinə görə, radioda olan avto verilişlərdə leksik və fonotik norma pozuntularına çox rast gəlinir: "Avto verilişlərdə həm aparıcıların, həm də qonaqların, yəni ustaların avtomobillə bağlı istifadə etdiyi sahə sözlərinin, terminlərin hamısı rus dilində olur. Amma o sözlərin çoxunun Azərbaycan dilində qarşılığı var. Təbiidir ki, o sözləri hamı o formada, yəni rus dilində olan formasında qəbul edib. Həmin sözləri yalnız Azərbaycan dilində desək çox adam anlamayacaq, bu səbəbdən də insanlar öyrəşənədək hər iki formanı istifadə etmək lazımdır. Məsələn, "sveça" - şamlar, "motor" - mühərrik, "remen" - kəmər".
Şöbə müdiri qeyd edib ki, dekabr ayının ortalarında Dilçilik İnstitutu Bilik Fondu ilə birgə konfrans keçirəcək: "Həmin konfransa radioların aparıcılarını da dəvət edəcəyik və monitorinqimizin nəticələrini açıqlayacağıq".