DİM ev almaq istəyən dövlət qulluqçularına müraciət edib

DİM ev almaq istəyən dövlət qulluqçularına müraciət edib Dövlət İmtahan Mərkəzi (DİM) MİDA-ya təqdim edilməsi üçün dövlət qulluğunda qulluq stajı barədə arayış əldə etmək istəyən dövlət qulluqçularına müraciət edib.
Elm və təhsil
30 May , 2019 16:52
DİM ev almaq istəyən dövlət qulluqçularına müraciət edib
Dövlət İmtahan Mərkəzi / Report

Dövlət İmtahan Mərkəzi (DİM) MİDA-ya təqdim edilməsi üçün dövlət qulluğunda qulluq stajı barədə arayış əldə etmək istəyən dövlət qulluqçularına müraciət edib.

Mərkəzdən "Report"a verilən məlumata görə, mayın 30-da etibarən dövlət qulluqçuları Mənzil İnşaatı Dövlət Agentliyinə təqdim edilməsi üçün dövlət qulluğunda qulluq stajı barədə arayışın əldə edilməsi ilə əlaqədar DİM-in rəsmi səhifəsində "Şəxsi kabinet" yaratmalı və “Elektron xidmətlər” bölməsinə daxil olaraq elektron müraciət etməlidirlər.

Dövlət qulluqçusu əmək kitabçasındakı əmək fəaliyyətini əks etdirən səhifələrin dövlət orqanı tərəfindən təsdiq edilmiş surətlərini "skan" edərək sistemə yükləməli və “Müraciəti qeydə al” düyməsini sıxmalıdır. 

Mərkəz tərəfindən qeydə alınan müraciətlə bağlı cari vəziyyəti şəxsi kabinetdən izləmək mümkündür.

Son xəbərlər

Orphus sistemi