11-ci sinif şagirdləri üçün 2019-cu il aprelin 21-də keçirilmiş buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, şagirdlər öz yazı işləri, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarları ilə tanış olmaq imkanına malikdirlər.
İmtahanda iştirak etmiş şagirdlər (22499 nəfər) DİM-in internet saytında
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda 2 şagird (Qax rayonu, 2 saylı şəhər tam orta məktəbin və Masallı rayonu, 4 saylı Digah tam orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb.
Qeyd edək ki, buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100-dür. Açıq tipli tapşırıqların hər biri qiymətləndirmə meyarlarına uyğun olaraq 0,
- Xarici dil fənni üzrə yazılı cavab vermək tələb olunan tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir və
- Tədris dili fənni üzrə yazılı cavab vermək tələb olunan tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir və
- Riyaziyyat fənni üzrə isə kodlaşdırıla bilən açıq tipli tapşırıqlardan toplanılan ballar cəmlənir, yazılı şəkildə cavablandırılan tapşırıqlardan toplanılan ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu 3 ədəd cəmlənir və
Cədvəl 1
nd(açıq, yazılı)- açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi
nd(qapalı)- qapalı tipli test tapşırıqlarına verilmiş balların (düzgün cavabların) cəmi
nd(açıq, kodlaşdırılan)- kodlaşdırılan açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi
İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 3-4 və 7 iyun 2019-ci il tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 29-31 may tarixlərində Dövlət İmtahan Mərkəzi və ya onun
Məlumat üçün bildirək ki, 28 aprel tarixində keçirilmiş imtahanın nəticələri də yaxın günlərdə elan olunacaq.