Yuxarı

Bakı məktəblisi İranda keçirilən yarışda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib

Bakı. 22 fevral. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranda keçirilən idman yarışında Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib.

İdarədən "Report"a verilən məlumata görə, hadisə turnirin keçirildiyi məkanda baş verib. 

Z.Salmanlı Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib. Bayraq fərqli və daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılan məktəbli karate idman növü üzrə bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, rəqibləri arasında erməni idmançını da məğlub edən Zəhra Salmanlı sonda qızıl medal və diplomla təltif olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi