BDU-nun Himayəçilər Şurasının ilk iclası keçirilir

BDU-nun Himayəçilər Şurasının ilk iclası keçirilir Təhsil naziri Ceyhun Bayramovun sədrliyi ilə Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının ilk iclası keçirilir.
Elm və təhsil
17 May , 2019 17:04
BDU-nun Himayəçilər Şurasının ilk iclası keçirilir

Təhsil naziri Ceyhun Bayramovun sədrliyi ilə Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının ilk iclası keçirilir.

"Report" xəbər verir ki, iclasda nazirlə yanaşı, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, universitetin rektoru Elçin Babayev və digər rəsmi şəxslər iştirak edir. 

Xatırladaq ki, BDU-nun Himayəçilər Şurasının tərkibinə Təhsil naziri Ceyhun Bayramov, Ədliyyə nazirinin müavini Azər Cəfərov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, xalq yazıçısı Elçin Əfəndiyev, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev və “BP” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli daxildir.

Son xəbərlər

Orphus sistemi