"STEAM Azərbaycan" layihəsi COVID-19 pandemiyasından qorunmaq üçün "üz sipəri", eləcə də bir çox tibbi cihaz və avadanlığın müxtəlif detallarının sınaq istehsalını davam etdirir.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, bu cihazlar tibbi personalın istifadəsi məqsədini daşıyır.
Sözügedən proses çərçivəsində 1500-dən çox "üz sipəri" istehsal olunaraq tibb işçilərinə paylanılıb.
İstehsal prosesi insan əməyi olmadan, xüsusi 3D printerlərlə həyata keçirilir. "Üz sipəri"nin hazırlanmasında istifadə olunan məhsullar ekoloji təmiz və insan həyatı üçün təhlükəsizdir. Bu qoruyucu sipər insanın üzünü tam örtməklə hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır.
Qeyd edək ki, "STEAM Azərbaycan" layihəsinə 2019-cu ilin sentyabr ayında