AMEA “koronavirus” sözünün düzgün tələffüzünü müəyyənləşdirib
Elm və təhsil
- 04 mart, 2020
- 13:10
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu "koronavirus" sözünün düzgün tələffüzünü müəyyənləşdirib.
İnstitutun direktoru, akademik Möhsün Nağısoylu "Report"a açıqlamasında bildirib ki, alınma sözlərin tələffüzü Azərbaycan dilinə uyğunlaşdırılır:
"Ona görə də "koronavirus" sözü "karonavirus" kimi tələffüz olunmalıdır".
Akademik deyib ki, "koronavirus" sözünün düzgün tələffüz forması ilin sonuna qədər çapdan çıxacaq "Azərbaycan dilinin Orfoepiya lüğəti"nə əlavə olunacaq.
Qeyd edək ki, "koronavirus" iki sözün birləşməsindən əmələ gələn mürəkkəb söz kimi yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə salınıb.
Xatırladaq ki, yeni "Azərbaycan dilinin Orfoqrafiya lüğəti" mart ayında çapdan çıxacaq.
Son xəbərlər
22:23
Avropa İttifaqı FIDE prezidentini qara siyahıya daxil etmək niyyətindədir
Digər ölkələr22:11
ABŞ klubu Nəriman Axundzadənin transferini açıqlayıb
Futbol22:07
"Neftçi"nin baş məşqçisi: "Əgər bildirilsə ki, "Qarabağ"la oyun təxirə salınır, oynamayacağıq"
Futbol22:04
Foto
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb - YENİLƏNİB-2
Xarici siyasət21:44
Foto
Video
Prezident İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Xarici siyasət21:41
"Qəbələ"nin məşqçisi: "Neftçi" ilə oyunda məğlubiyyətə layiq deyildik"
Futbol21:36
Fidan və Quterreş İran-ABŞ danışıqlarını müzakirə ediblər
Region21:26
Kenan Piriç: "Neftçi"nin son 3 oyunda qapısını toxunulmaz saxlamasında komandanın ümumi payı var"
Futbol21:24