Yaponiyanın ilk Ay modulu raket daşıyıcısından uğurla ayrılıb

Yaponiyanın ilk Ay modulu raket daşıyıcısından uğurla ayrılıb Yaponiyanın Ayı araşdırmaq üçün ilk eniş modulu “SLIM” H2A daşıyıcı raketindən uğurla ayrılıb.
Elm və təhsil
7 Sentyabr , 2023 05:54
Yaponiyanın ilk Ay modulu raket daşıyıcısından uğurla ayrılıb

Yaponiyanın Ayı araşdırmaq üçün ilk eniş modulu “SLIM” H2A daşıyıcı raketindən uğurla ayrılıb.

“Report” xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) eksdə məlumat yayıb.

Bildirilib ki, qurğunun ayrılması plana uyğun olaraq Taneqasima kosmodromundan buraxıldıqdan təxminən 47 dəqiqə sonra baş verib. Yaponiyalı mütəxəssislərin hesablamalarına görə, “SLIM” üç-dörd aya Ayın orbitinə çıxa biləcək. Yerin peykinə eniş 2024-cü ilin yanvar və ya fevral aylarında baş tutacaq. Raket həmçinin JAXA, NASA, Avropa Kosmik Agentliyi və Kanada Kosmik Agentliyinin (CSA) əməkdaşlığı ilə yaradılan “XRISM” rentgen teleskopunu planetin orbitinə çıxarıb.

Modulun göndərilməsi əlverişsiz hava şəraitinə görə bir neçə dəfə ertələnib. Hündürlüyü 2,4 m, çəkisi 200 kq olan cihaz üztanıma sistemlərində tətbiq edilənlərə bənzər texnologiyaların yardımı ilə Ayın kraterlərini və relyefini incələmək üçün nəzərdə tutulub. “SLIM” həmçinin Ay səthindəki qayalarda olan dəmir və digər elementlərin miqdarını ölçə bilən xüsusi kamera ilə təchiz olunub.

Bundan başqa, aparat 100 m-dən çox olmayan xəta ilə Ayın müəyyən yerinə dəqiq eniş etməyə imkan verən texnologiyalara malikdir. Cihazın əldə etdiyi verilənlərdən xüsusən də NASA-nın “Artemis” Ay proqramı üçün istifadə edilməsi nəzərdə tutulur.

Yaponiya əvvəlcə modulu mayda Aya göndərməyi planlaşdırırsa da, ölkənin ağır dərəcəli yeni H3 daşıyıcı raketinin uğursuz buraxılışı səbəbindən tarix ertələnib. Missiya uğurlu olarsa, Yaponiya modulunu Yerin peykinə endirmiş dünyada beşinci ölkə olacaq. Öncələr bunu SSRİ, ABŞ, Çin və Hindistan bacarırıb.

Xatırladaq ki, Rusiyanın ilk Ay missiyası iflasa uğrayıb. Avqustun 21-də Rusiyanın “Luna-25” avtomatik planetlərarası stansiyası Ayın cənub qütbünə enməyi gözlənsə də, bu, baş verməyib.

Son xəbərlər

Orphus sistemi