Ukraynalı nazir: "Azərbaycanla təhsil proqramları üzrə əməkdaşlıq genişlənir"

Ukraynalı nazir: "Azərbaycanla təhsil proqramları üzrə əməkdaşlıq genişlənir" "Azərbaycan və Ukrayna təhsil sahəsində əməkdaşlığa dair sazişin yenidən qüvvəyə minməsinə dair razılığa gəlib"
Elm və təhsil
7 May , 2021 11:08
Ukraynalı nazir: Azərbaycanla təhsil proqramları üzrə əməkdaşlıq genişlənir
Serhiy Şkarlet

"Azərbaycan və Ukrayna təhsil sahəsində əməkdaşlığa dair sazişin yenidən qüvvəyə minməsinə dair razılığa gəlib".

Bu barədə “Report”a müsahibəsində Ukraynanın təhsil və elm naziri Serhiy Şkarlet bildirib.

“Ukrayna və Azərbaycan təhsil nazirlikləri arasında hələ 1997-ci ildə imzalanmış əməkdaşlıq sazişi, təəssüf ki, 2007-ci ildə qüvvədən düşüb. Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova ilə apardığımız danışıqlarda təhsil sahəsindəki əməkdaşlıq sazişinin yenidən qüvvəyə minməsinə dair razılığa gəlmişik”, – S.Şkarlet deyib.

Nazir təəssüf hissi ilə bildirib ki, bu gün Ukrayna ilə Azərbaycan arasında dövlətlərarası mübadilə proqramı yoxdur: “Amma hökumətlərarası komissiya çərçivəsində bununla bağlı nəsə etmək olar. Bir sıra ölkələrlə, o cümlədən Çin, Tacikistan, bəzi Afrika ölkələri ilə belə proqramlar var. Hörmətli səfir Elmira Axundova ilə təhsil proqramlarının tətbiqilə bağlı əməkdaşlığımızı inkişaf etdirmək barədə söhbətimiz olub”.

Son xəbərlər

Orphus sistemi