Türk Dövlətləri Təşkilatı və Türk Akademiyasının nümayəndə heyətləri Şuşada məktəbdə olublar

Türk Dövlətləri Təşkilatı və Türk Akademiyasının nümayəndə heyətləri Şuşada məktəbdə olublar Türk Dövlətləri Təşkilatı və Türk Akademiyasına üzv, həmçinin müşahidəçi dövlətlərin nümayəndə heyətləri Şuşa şəhərinə səfər çərçivəsində şəhər 1 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olublar.
Elm və təhsil
1 İyun , 2024 00:53
Türk Dövlətləri Təşkilatı və Türk Akademiyasının nümayəndə heyətləri Şuşada məktəbdə olublar

Türk Dövlətləri Təşkilatı və Türk Akademiyasına üzv, həmçinin müşahidəçi dövlətlərin nümayəndə heyətləri Şuşa şəhərinə səfər çərçivəsində şəhər 1 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olublar.

Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, qonaqları məktəbdə yaradılmış müasir şəraitlə tanış edən elm və təhsil naziri Emin Əmrullayev müəssisədə qurulmuş STEAM mərkəzi haqqında məlumat verib.

Bildirilib ki, 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var.

Son xəbərlər

Orphus sistemi