SEPAH: Hörmüz boğazında ABŞ-nin kəşfiyyat-zərbə dronu vurulub

Region
  • 22 noyabr, 2026
  • 12:23
SEPAH: Hörmüz boğazında ABŞ-nin kəşfiyyat-zərbə dronu vurulub

Hörmüz boğazının şərqində ABŞ-yə məxsus 20-ci MQ-1 kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı (PUA) vurulub.

"Report" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən "Tasnim" agentliyi məlumat yayıb.

"Bir neçə dəqiqə əvvəl SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə bölmələrinin döyüşçüləri ABŞ-yə məxsus MQ-1 tipli, ER (Extended Range) versiyalı 20-ci müasir kəşfiyyat-zərbə PUA-sını Hörmüz boğazının şərqində dəqiq atəşlə vuraraq məhv ediblər", - məlumatda deyilir.

SEPAH-dan bildirilib ki, bu, son 24 saat ərzində hücumundan müdafiə sistemləri tərəfindən vurulan ABŞ ordusuna məxsus dördüncü kəşfiyyat-zərbə dronudur.

44 filmi