Təhsil Nazirliyi dərslərin həftədə 3 dəfə keçirilməsinin səbəbini açıqlayıb
Elm və təhsil
- 27 yanvar, 2021
- 08:05
Təhsil Nazirliyi ibtidai siniflərdə dərslərin həftədə 3 dəfə keçirilməsi məsələsinə aydınlıq gətirib.
“Report”un xəbərinə görə, nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib ki, Bakı, Sumqayıt və Abşerondakı məktəblərdə ibtidai siniflərdə şagird sıxlığı nəzərə alınmadan dərslər həftədə 3 dəfə keçiriləcək.
O qeyd edib ki, belə qərar verilməsinə səbəb həmin ərazilərin risk qrupuna aid olması və orada şəhərdaxili hərəkətliliyi azaltmaqdır: “Regionlarda isə əgər sinifdaxili sıxlıq imkan verərsə, orada dərslərin həftədə 3 dəfə keçirilməsi təşkil olunacaq. Əgər hər şey qaydasındadırsa, şagirdlərin tək-tək partalarda oturma şəraiti olsa, o zaman dərslər həftədə 5 dəfə keçiriləcək”.
Son xəbərlər
14:02
Azərbaycan yanacağını daşıyan qatar Ermənistan-Gürcüstan sərhədini keçir
Energetika14:02
Foto
Anar Əliyev Kürdəmirdə vətəndaşları qəbul edib
Sosial müdafiə14:00
Azərbaycan klubuna texniki məğlubiyyət verilib
Futbol13:53
Vüqar Qurbanov: Tibb bacılarının evlərdə iynə vurmalarına icazə yoxdur
Sağlamlıq13:52
Gürcü professor: Azərbaycandan neft məhsullarının Ermənistana yola salınması sülh prosesinin real nəticəsidir
Region13:48
AFFA İntizam Komitəsi "Sabah" - "Qarabağ" matçı ilə bağlı cəzaları açıqlayıb
Futbol13:47
Foto
Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq
İKT13:47
Milli Məclisin növbəti plenar iclası dekabrın 23-də keçiriləcək
Milli Məclis13:40