Akademiya prezidenti: "Son bir ildə AMEA-nın bir çox şöbələri ləğv edilib və ya birləşdirilib"

Akademiya prezidenti: "Son bir ildə AMEA-nın bir çox şöbələri ləğv edilib və ya birləşdirilib" Son bir ildə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bir çox şöbələr ləğv edilib və ya birləşdirilib.
Elm və təhsil
29 Noyabr , 2023 11:21
Akademiya prezidenti: Son bir ildə AMEA-nın bir çox şöbələri ləğv edilib və ya birləşdirilib

"Son bir ildə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bir çox şöbələr ləğv edilib və ya birləşdirilib".

"Report" xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli noyabrın 29-da qurumun ümumi yığıncağında çıxışı zamanı deyib.

O bildirib ki, AMEA-nın Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru, Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi, Nəsimi adına Dilçilik İnstitutunda isə Qərbi Azərbaycan toponimlərinin tədqiqini nəzərdə tutan Toponimika şöbələri yaradılıb.

AMEA-da başlanan və sürətlə davam etdirilən “Elektron Akademiya” hərəkatının həyata keçirilməsi üçün aparılan elmi-təşkilati işlərin struktur islahatlarının miqyasını daha da genişləndirdiyini deyən İ.Həbibbəyli hazırda akademiyanın yeniləşmə hərəkatı mərhələsini yaşamaqda olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi