Sentyabrın sonunda Gömrük Komitəsində imtahan keçiriləcək

Elm və təhsil
  • 11 sentyabr, 2015
  • 06:23
Sentyabrın sonunda Gömrük Komitəsində imtahan keçiriləcək

Bakı. 11 sentyabr. REPORT.AZ/ Sentyabr ayının sonunda Dövlət Gömrük Komitəsində işə qəbul ilə bağlı növbəti imtahan keçiriləcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, işə qəbul ilə bağlı Komitəyə daxil olan müraciətlərin sayı çoxdur. "Gömrük Komitəsinə qəbul olmaq üçün yüzlərlə müraciət var. Sentyabrın axırında növbəti imtahan keçiriləcək" - deyə A.Əliyev bildirib.

44 - Tezliklə