Qarabağ Universitetinin tələbəsi: Xankəndidə lazımi mühit var

Qarabağ Universitetinin tələbəsi: Xankəndidə lazımi mühit var Xankəndi çox gözəl şəhərdir. Burada bir tələbəyə lazım olan mühit var.
Elm və təhsil
23 Sentyabr , 2024 12:21
Qarabağ Universitetinin tələbəsi: Xankəndidə lazımi mühit var
Aydan Kəngərli

Xankəndi çox gözəl şəhərdir. Burada tələbəyə lazım olan mühit var.

Bunu “Report”un Xankəndi şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında Qarabağ Universitetinin tələbəsi Aydan Kəngərli deyib.

O bildirib ki, ötən il 610 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, bu il təhsilini Qarabağ Universitetində, SABAH qruplarında davam etdirir:

"SABAH qruplarında isə ümumi balım 82,19 idi və mən Qarabağ Universitetində təhsilimi davam etdirməyi seçdim. Bu universitetdə təhsil almaq hər birimiz üçün çox önəmlidir, həmçinin də qürurvericidir. İllərlə torpaqlarımız işğal altında olub, bu gün isə bu torpaqlar azaddır. Azad olunmuş torpaqlarımızda tələbə kimi təhsil almaq hər kəsi çox həyəcanlandırır və qürurlandırır. Xankəndi çox gözəl şəhərdir. Burada bir tələbə üçün lazımi mühit var. İnsanların hər biri gülərüzdür, sanki hər kəs fəxr edir ki, bu gün Xankəndidə azərbaycanlılar rahat, azad yaşaya bilirlər".

Tələbə A.Kəngərli bildirib ki, Qarabağ Universiteti onun ixtisaslaşmış bir hüquqşünas kimi yetişməsində mühüm rola malik olacaq:

"Qarabağ Universitetinin mənə çox şeylər qazandıracağına əminəm. İxtisaslaşmış bir hüquqşünas, həm də gələcək üçün savadlı bir kadr kimi yetişməyimdə mənə kömək olacağına əminəm".

Son xəbərlər

Orphus sistemi