Qarabağ Universitetinin ilk tələbələri olaraq, bizim çiyinlərimizə daha çox yük düşür.
Bunu “Report”un Xankəndiyə ezam olunan əməkdaşına açıqlamasında Qarabağ Universitetinin tələbəsi Rauf Pənciyev deyib.
O bildirib ki, ilk tələbələrindən biri olduğu Qarabağ Universitetində yüksək səviyyədə tədris üçün hər şərait yaradılıb:
“Xankəndi şəhərində Qarabağ Universiteti ilk dəfə açılır, mən bu ali təhsil ocağının ilklərinə imza atanlardan biriyəm. Həm bu ali təhsil ocağının tələbəsi olmaq, həm də dövlət başçısının xeyir-duası ilə təhsil almaq qürurvericidir. Buranın mənim gələcək karyeramda əsaslı rol oynayacağına inanıram”.
Tələbə Fənarə Məmmədzadə də universitetdə yaradılan şəraitdən məmnunluğunu ifadə edib:
“Çox sevincli və qürurludur ki, Qarabağ Universitetinin ilk tələbələrindən biriyəm. Xüsusilə qeyd etmək istəyirəm ki, cənab Prezidentlə görüşən tələbələrdən biri oldum. Görüş həm məsuliyyətli, həm də çox həyəcanlı idi. Universitetin ilk tələbələri olaraq, çiyinlərimizə daha çox yük düşür”.