Ukrayna Prezidenti: Tramp Putini asanlıqla danışıqlar masasına gətirə bilər

Digər ölkələr
  • 22 oktyabr, 2026
  • 13:17
Ukrayna Prezidenti: Tramp Putini asanlıqla danışıqlar masasına gətirə bilər

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini Ukrayna ilə danışıqlar masası arxasına asanlıqla gətirə bilər.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "The Diary Of A CEO" podkastında bildirib.

Müharibəni başa çatdırmağın real yolu barədə danışan Zelenski qeyd edib ki, Putinin danışıqlara ehtiyacı var.

"Prezident Tramp, mənim haqqımda necə danışdığını nəzərə alaraq, Putinə münasibətdə də eyni ritorikadan istifadə etməlidir", - o deyib.

ABŞ prezidentinin niyə bunu etmədiyi ilə bağlı suala Zelenski səbəbləri bilmədiyini cavab verib. Bununla belə, o qeyd etdi ki, Tramp ABŞ Konqresinin səs verdiyi sərt sanksiyaları tətbiq edə bilər.

Ukrayna prezidenti güman edib ki, Trampın mövqeyi Putinlə olan xüsusi münasibətləri, hər hansı iqtisadi sövdələşmələr və ya digər səbəblərlə izah oluna bilər. Eyni zamanda o vurğuladı ki, bütün məlumatlara malik deyil, yalnız təxminlər edə bilər və fərziyyələr irəli sürmək istəmir.

Zelenski həmçinin ABŞ-də qarşıdan gələn aralıq seçkilərə diqqət çəkərək, onların ABŞ prezidentinin prioritetlərinə təsir edə biləcəyini ehtimal edib.

"Qarşıda ABŞ-də aralıq seçkilər var və düşünürəm ki, o, bəlkə də Amerikada enerji daşıyıcılarının qiymətlərindən bir az narahatdır - bəlkə də, hətta Ukraynadakı vəziyyətdən daha çox", - o əlavə edib.

44 filmi