Nazirlik: "Koronavirusa yoluxub dərsə gəlməyən müəllimlərin məvacibində heç bir kəsinti olmayıb"

Nazirlik: "Koronavirusa yoluxub dərsə gəlməyən müəllimlərin məvacibində heç bir kəsinti olmayıb" Koronavirusa yoluxub dərsə gəlməyən müəllimləri həmkarları əvəz edir. Bu hal pandemiyadan əvvəl də belə tənzimlənirdi.
Elm və təhsil
3 Noyabr , 2021 19:56
Nazirlik: Koronavirusa yoluxub dərsə gəlməyən müəllimlərin məvacibində heç bir kəsinti olmayıb

Koronavirusa yoluxub dərsə gəlməyən müəllimləri həmkarları əvəz edir. Bu hal pandemiyadan əvvəl də belə tənzimlənirdi.

Bunu "Report"un sualını cavablandıran Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

Nazirlik rəsmisi bildirib ki, hansısa müəllim xəstəliyə görə tibbi arayış gətirirdisə, onu digər müəllim yoldaşı əvəz edib: "Ona görə də həmin müəllimin məvacibində heç bir kəsinti olmur. Bəzən elə olur ki, ibtidai sinif birbaşa distant təhsilə keçəndə bu məsələdə heç bir problem yaranmır. Çünki müəllim tədrisi onlayn formada davam etdirir. Bu səbəbdən tədrisə cəlb oluna bilməyən müəllimlərin əmək haqqısının kəsilməsi gündəmdə deyil. Belə bir hal olmayıb".

Son xəbərlər

Orphus sistemi