Nazir müavini: Süni intellekt təhsildə də vacib rol oyanır
- 09 dekabr, 2025
- 11:46
Süni intellekt təhsildə də vacib rol oyanır.
"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli dekabrın 9-da Bakıda "Əqli mülkiyyət və süni intellekt" mövzusunda keçiriIən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycanda hazırda 600 mindən çox şagird ikinci sinifdən rəqəmsal bacarıqlara yiyələnir:
"Nazirlik yaradıcı gənclərin hazırlanması istiqamətində fəaliyyətini davam etdirir. Süni intellekt təhsildə də vacib rol oyanır. Biz inanırıq ki, həqiqətən fundamental bacarıqlar ən önəmli nailiyyətimizdir. Artıq 300 min şagird məktəblərdə layihə əsaslı iş, komanda şəkildə iş və öz yeni ixtiraları üzərində çalışırlar".
Həsən Həsənli həmçinin bildirib ki, görülən işlər çərçivəsində həmin şagirdlərin həm iqtisadiyyatın, həm də cəmiyyətin ehtiyaclarına uyğun mütəxəssis kimi yetişməsi üçün fundamental bilikləri olacaq:
"Eyni zamanda, ən bacaraqlı şagirdlərimiz üçün müxtəlif müsabiqələr, olimpiadalar keçirilir. Burada ən istedadlı gəncləri seçib düzgün yönləndirmək imkanı yaranır".