"Ermənilər Xocalıda vaxtilə mövcud olmuş 14 məktəbi dağıdıblar".
"Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov Ramana qəsəbəsində yerləşən Xocalı şəhər 2 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbirdə deyib.
O bildirib ki, fevralın 26-da Xocalı soyqırımından 30 il ötəcək: "Hər il həmin gün biz çox böyük kədər hissi keçiririk. Təəssüflər olsun ki, Xocalıda bütün infrastruktur dağıdılıb. Orada 14 məktəb fəaliyyət göstərirdi, hamısı dağıdılıb. Qəbirlər, tarixi abidələrimiz dağıdılıb. Bütün bunlar onlar iç üzünü, niyyətini göstərir".
"Bu məktəbə daxil olarkən düşünürəm ki, nə üçün Xocalı, Şuşa məktəbi Bakıda olmalıdır. Bu gün erməni kilsəsi Bakının mərkəzində qorunub saxlanılır. Xocalıdakı məktəblər isə darmadağın edilib", - nazir müavini qeyd edib.