Nazir: Keyfiyyətli məktəbəqədər, ibtidai təhsil olmadıqca mükəmməl ali təhsildən söhbət gedə bilməz

Elm və təhsil
  • 16 dekabr, 2025
  • 10:56
Nazir: Keyfiyyətli məktəbəqədər, ibtidai təhsil olmadıqca mükəmməl ali təhsildən söhbət gedə bilməz

Keyfiyyətli məktəbəqədər, ibtidai təhsil olmadıqca mükəmməl ali təhsildən söhbət gedə bilməz.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransının (NASCO XXVIII) açılış mərasimində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, son illərdə elm və təhsil müəssisələrinin inkişaf etdirilməsi istiqamətində ciddi işlər görülür:

"Bir çox ölkələrdə doktorantura təhsilini neçə ilə bitirilməsi önəmli deyil. Bu kontekstdə təbii ki, biz də keyfiyyəti önə çəkməliyik. Təəssüf ki, bizim üçün illər önəmlidir. Biri zaman məsələsidir, digəri münasibət. Bu ikisinin birgə inkişafı bütün göstəricilərin, keyfiyyətin, məzmunun yaxşılaşmasına zəmin yaradır".

Son xəbərlər

Bütün Xəbər Lenti